Şərabçılıq - İstehsal zavodları

Şərabçılıq - İstehsal zavodları

E-mail Üzvlüyü

İstehsalın ixtisaslaşmasına görə şərab zavodları müəyyən tiplərə bölünür:
İlkin şərabçılıq zavodları (şərab məntəqələri) üzümün emalı, ondan şirə alınması, alınan şirənin qıcqırdılması və cavan şərab materiallının saxlanmasını həyata keçirir. Bu zavodlarda, həmçinin şərab materialının eqalizasiyası, kupajı, yapışqanlanması, süzülməsi və termiki işlənməsi əməliyyatları da aparılır. Onların istehsal gücü mövsümdə emal olunan üzümün miqdarına (tonla), istehsal qablarının eyni vaxtakı tutumuna; üzüm emal edən xətlərin məhsuldarlığına görə müəyyən olunur. İlkin şərabçılıq zavodlarında, təbii, tünd və desert şərablar üçün-işlənilmiş və kupaj olunmuş şərab materialları; şampan şərabları və konyak spirti istehsal etmək üçün-emal olunmamış şərab materialları; hazır şirə, qatı şirələr və müxtəlif şirniyyatlar üçün - üzüm şirəsi istehsal olunur. Bəzi ilkin şərab zavodlarında, şərabçılıq qalıqlarının (cecə, daraq,maya çöküntüsü) emalı aparılır. Həmin qalıqların kompleks emalı, ixtisaslaşdırılmış, xüsusi zavodlarda da həyata keçirilə bilər.


İkinci şərabçılıq zavodları ilkin şərabçılıq müəssisələrindən daxil olan şərab materiallarının işlənməsi, yetişdirilməsi və butulkalara doldurulmasını həyata keçirir. Bu zavodların istehsal gücü təqvim ili müddətində emal olunan hazır şərabın miqdarı ilə müəyyən olunur. Belə müəssisələrin hazır məhsulu standarta uyğun olaraq butulkalara doldurulmuş hazır şərabdır. Şərabların doldurulması müxtəlif istehsal gücünə malik kompleks-mexanikləşdirilmiş və avtomatlaşdırılmış xətlərdə aparılır.

 

Xüsusi istiqamətli zavodlar (şampan, konyak istehsalı,ikinci xammalın emalı və s.) üçün texnoloji axımdan,avadanlıqların ölçü və kütləsindən asılı olaraq müxtəlif mərtəbələrdən ibarət olan binalardan istifadə oluna bilər. Hazırda üzümün emalından şərab və konyakın buraxılışına qədər bütün əməliyyatları özündə birləşdirən zavodlar daha geniş yayılmışdır.

Şərabçılıq - Xammal

Şərabçılıq - Giriş


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin