Biologiya 2018-07-16

Xromosomların Ultrastrukturu

Xromosomların Ultrastrukturu

E-mail Üzvlüyü

Xromosomların (bax: Xromosomlar) submikroskopik tədqiqi onların tərkibində zülalla (histon) birləşmiş, qalınlığı 40-100 A0 olan DNT molekulunun olduğunu göstərmişdir. DNT molekulu, xromosomun əsasını təşkil edən və xromofibril adlanan elementar sapın bütün uzunu boyu yerləşir. Xromosomların tərkibinə daxil olan elementar saplar bütün canlı orqanizmlərin hüceyrələrinin nüvələrində müşahidə edilmişdir. Ona görə də demək olar ki, bütün hüceyrələrdə və hüceyrə tsiklinin bütün mərhələlərində xromosomun əsas quruluş vahidi - nukleoproteid adlanan elementar sapdan ibarətdir. Xromosomun tərkibinə daxil olan elementar sapların spirallaşması nəticəsində onlar qısalır və yoğunlaşır. Ona görə də işıq mikroskoplarında aydın görünürlər. Əgər xromosomlar despirallaşmış vəziyyətdə olsalar, onları ancaq elektron mikroskopları ilə müşahidə etmək olar. Xromosomlar ancaq hüceyrə bölünən zaman maksimum spirallaşmış vəziyyətdə olurlar. Məlum olduğu kimi, hər bir xromosomda iki müxtəlif sahə müəyyən edilir: euxromatin və heteroxromatin sahələr. Xromosomların euxromatin sahələri spirallaşmış və despirallaşmış vəziyyətində ola bilir. Amma xromosomun heteroxromatin sahələri isə həmişə spirallaşmış halında olduğu üçün genetik cəhətdən qeyri-fəal olurlar.

Xromosomların tərkibinə daxil olan elementar sapların sayı haqqında müxtəlif fərziyyələr var. Belə ki, drozofil milçəyinin hər bir xromosomunda bir DNT molekulu var. Bu drozofil milçəyinin hər bir xromosomunun bir spirallaşmış teldən ibarət olduğunu göstərir. Digər fərziyyələrə görə xromosomlar çox telli quruluşa malikdir və hər bir telə daxil olan elementar saplar DNT molekulu daşıyır.

Xromosomların əsas tərkibi DNT və zülaldan ibarətdir. DNT-nin zülallarla (əsasən histonlarla) kompleksi fibrilyar struktur olan elementar xromosom fibrilini yaradır. Bunlar nukleosom quruluşa malikdir. Hər nukleosom 8 molekul histondan ibarət kompleksdir.

Onun ətrafında iki dəfə hərlənmiş DNT molekulu yerləşir. Qonşu nukleosomları birləşdirən DNT sahələrinə linker DNT-si deyilir. Xromosomların quruluşunun sonrakı səviyyəsi nukleomer quruluşudur və ya xromatinli fibril səviyyəsidir. Burada nukleosomlar nukleomerlərə birləşir və hər nukleomer 8-10 nukleosomdan ibarət olur diametri 30nm-a bərabərdir. Xromosomlar interfazada xromatin fibrillərdən (xromatidlərlə) yaranır. Sonrakı qablaşdırılmada nukleomer superspirallaşmaya məruz qalır və xromomerə çevrilir. Xromomerlər spirallaşandan sonra qısalır və nəticədə kondensasiyaya uğramış xromosomları mikroskop altında görmək olur.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Qanın laxtalanması

Müəllif: Xəyal Hüseynov
2

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev
4

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
5

Konyak istehsalının tarixi

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Kitab Məsləhəti