Xammalın zənginləşdirilməsi haqqında ümumi məlumat

Xammalın zənginləşdirilməsi haqqında ümumi məlumat

E-mail Üzvlüyü

Xammalın tərkibində faydalı komponentlərlə yanaşı faydasız, lazımsız komponentlər də olur. Belə komponentlər boş süxur adlanır. Xammalı zənginləşdirməkdə məqsəd, faydalı süxuru, yəni külçəni boş süxurdan azad etmək və onu emal üçün əlverişli olan bir və ya bir neçə məhsula ayırmaqdır. Xammalı zənginləşdirdikdə onda olan faydalı komponentin faizlə miqdarı artdığından aparatların istehsalı və məhsulun keyfiyyəti yüksəlir, prosesin enerji sərfi azalır. Xammalın zənginləşdirilməsi sənaye üçün xammal ehtiyatını artırır. Belə ki, faydalı komponenti az olan xammalı zənginləşdirməklə, onun sənaye əhəmiyyətini artırıb, emala yararlı hala salırlar. Bunun nəticəsində xammalın emalı prosesinin texniki və iqtisadi effekti artır, xammaldan alınan hazır məhsulun keyfiyyəti yaxşılaşır. Xammalı çıxarıldığı yerdə zənginləşdirmək daha əlverişlidir. Belə olduqda boş filizin daşınması üçün lazım olan enerji və nəqliyyat sərfi aradan qalxır. Zənginləşdirmə kombinatlarında həm bərk, həm də maye və qaz materiallar zənginləşdirilir. Ona görə də xammalı zənginləşdirmə üsulları da müxtəlifdir. Zənginləşdirmə yolu ilə boş süxurdan azad edilmiş məhsula konsentrat deyilir. Konsentrat çəkisinin ilkin xammalın çəkisinə olan nisbətinə konsentratın çıxımı deyilir.

Konsentratdakı faydalı maddə miqdarının emal edilmiş xammaldakı faydalı maddə miqdarına olan nisbətinə çıxarılma dərəcəsi deyilir. Konsentratdakı faydalı maddə faizinin başlanğıc xammaldakı faydalı maddə faizinə olan nisbətinə zənginləşdirmə dərəcəsi deyilir. Zənginləşdirmə prosesi mineralların fiziki və fiziki–kimyəvi xassələrinin fərqlənməsi əsasında aparılır. Bu xassələr mineralın forması, rəngi, parıltısı, xüsusi çəkisi, sürtünmə əmsalı, mühitə həssaslığı, elektrikkeçirmə qabiliyyəti, bəzi məhsullarda islanması və s.-dən ibarətdir.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin