Kimya 2017-12-14

Sulfat Turşusu

Sulfat Turşusu

E-mail Üzvlüyü

Texnikada sulfat turşusu dedikdə, kükürd altı oksidin su ilə istənilən qarışığı başa düşülür. Monohidrat və ya susuz sulfat turşusu, su ilə istənilən nisbətdə qarışan, ağır, yağlı təhər mayedir. O, su ilə durulaşdırıldıqda çoxlu miqdarda istilik ayrılır.

Sulfat turşusunun geniş miqdarda istehsalı və xalq təsərrüfatının demək olar ki, bütün sahələrində tətbiq olunması onun yüksək aktivliyə malik olması və nisbətən ucuz olması ilə əlaqədardır. Sulfat turşusu ən çox mineral gübrələr istehsalında istifadə olunur. Fosfat, xlorid, sirkə və s. turşuların əsas hissəsi sulfat turşusunun köməyi ilə istehsal olunur. Metal emalı sənayesində sulfat turşusu qara metalların səthindən pası təmizləmək üçün istifadə olunur. Çoxlu miqdarda sulfat turşusu neft məhsullarının təmizləməsi üçün istifadə olunur. Sulfat turşusu olmadan boyaqların, lakların, dərman maddələrinin, bir sıra plastik kütlələrin, bir çox zəhərli kimyəvi maddələrin, efirlərin, spirtlərin istehsalı qeyri-mümkün olardı. Sulfat turşusu və onun duzlarının duru məhlulları toxuculuq sənayesində və süni ipək istehsalında istifadə olunur.


Digər Məqalələr

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin