Fizika 2018-01-01

Şrödinger pişiyi

Şrödinger pişiyi

E-mail Üzvlüyü

Avstriyalı fizik Ervin Şrödinger tərəfindən ortaya atılmış, kvant fizikasıyla əlaqəli olan, haqqında bir çox müzakirələr aparılmış düşüncə təcrübəsi olan "Şrödingerin pişiyi" adətən kvant mexanikası və Kopenhagen təfsiriylə əlaqəli olan bir paradoksdur.

Təcrübə 1935-ci ildə ortaya atılmışdır və nəzəri təcrübədir. Təcrübə Şrödingerin Kopenhagen təfsiri və ümumi olaraq kvant fizikasında gördüyü bəzi problemləri açıqlayır. Bu təcrübə sonda ölü ya da diri ola biləcək xəyali bir pişiklə əlaqədardır. Pişiyin ölü ya da diri olması müşahidədən əvvəlki təsadüfi bir vəziyyətin nəticəsidir. Təcrübənin başlanğıcında bağlı bir qutunun içində canlı olan bir pişik var.

Qurğunun tərkibi belədir: Parçalanma ehtimalı 50% olan bir radioaktiv maddə və bu maddənin parçalanması nəticəsində ətrafa yayılan zəhərli qaz var. Buradakı vacib məsələ isə parçalanma ehtimalının tam olaraq 50% olmasıdır. Bu şəkildə maddənin parçalanıb-parçalanmayacağı əvvəlcədən müəyyənləşdirilə bilməz. Nəticə olaraq pişik qutu açılanda ya zəhərlənib öləcək, ya da sağ qalacaq. Ancaq təcrübənin paradoks kimi tərif edilməsinin səbəbi nəticə deyil, təcrübənin müşahidə edilməyən mərhələsidir. Vacib olan məsələ müşahidə edilmədən əvvəl qutunun içində nələr olduğudur. Qutu açılmadan, müşahidə edilmədən əvvəl pişik nə vəziyyətdədir? Ölü idimi yoxsa diri idimi? Kvant fizikasına görə həm ölü, həm diridir. Kvant dilində bu vəziyyətə dalğa funksiyasının çöküşü deyilir. Yəni bir neçə ehtimaldan bir dənəsinə düşürülən vəziyyətdə müşahidəçi də kainata daxil olur.

Şrödingerin original məqaləsində təcrübə belə yazılıb:

“Yetərincə mübaliğəli olan hadisəni düzəltmək olar. Hansısa pişik polad kamerada digər cəhənnəm maşını ilə birgə (hansıki pişiyin birbaşa təsirindən qorunmuş olmalıdı) qapadılıb: Qeyqer sayğacının daxilində kiçik həcmdə radioaktiv məhlul yerləşir, stol böyük deyil, bir saat ərzində ancaq bir atom parçalana bilər, ancaq həmin eyni ehtimallada ola bilər ki parçalanmasın; əgər bu baş verərsə, tutuşdurulmuş dəstək seyrəlir və rele işləməyə başlıyır, buraxılmış çəkic, içində güclü turşu olan kolbanı dağıdır. Əgər bir saatlığına bütün bu sistemi öz başına buraxsaq, deyə bilərik ki, pişik bu müddət ərzində sağ olacaq, belədirsə tezliklə atomun parçalanması baş verməyəcək. Atomun ilk parçalanmasındaca pişik zəhərlənərdi. Sistemin Dalğa Funksiyası, diri və ölü pişiyi bərabər payla özündə qarışdıraraq yaxud bulaşdıraraq bütünlüklə bunu göstərəcək.Тipik müvafiq hallarda o baş verir ki, birbaşa müşahidə yolu ilə kənarlaşdırıla bilən başlanğıcda atom dünyasıyla çərçivələnmiş müəyyənsizlik, makroskopik müəyyənsizlik şəklində dəyişir. Bu bizə “çökmə modelini” əks etdirilən reallıq kimi sadəlövlüklə qəbul etməyə mane olur. Öz-özlüyündə bu, qeyri-müəyyən olan və ya bir-birinə zidd olan heç nə bildirmir. Dəqiq olmayan ilə fokuslaşdırılmış foto arasında və buludların şəkli ilə duman arasında fərq var”.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Təsadüfi

Bizi İzləyin