Elm və Həyat 2018-06-19

Siqareti hansı üsullarla tərgitmək olar

Siqareti hansı üsullarla tərgitmək olar

E-mail Üzvlüyü

Elm adamlarının siqareti tərgitmək haqqında apardıqları araşdırmalarda ən asan metodlar tapıldı. Bəzi dünyaca məşhur şəxslər bu metodları özlərinə tətbiq etməklə çox gözəl nəticə qazanıblar. (Məsələn: Barak Obama, Jennifer Aniston, Ben Afflek, Kristen Stüart kimi bir çoxlarının adını çəkmək olar).
Gəlin bu maraqlı, asan metodlarla tanış olaq:
✅ Meditasiya etmək
Xüsusilə açıq havada edilən meditasiya təkcə siqareti atmağa deyil, insanın ümumi ruh halına da müsbət təsir edir.
✅ İdman
İdman beyində xoşbəxtlik hissi yaradan serotonini və dopamin hormonunu artırır. Bundan başqa, idman etmək insanın nikotin ehtiyacının da qarşısını alır.
✅ Pis qoxu
Araşdırmalara görə, insanlar siqaret qoxusunu sevmədikləri bir başqa qoxuyla əvəzlədikdə refleks olaraq siqaretdən uzaqlaşırlar.
✅ Yoqa
Çəkən adam üçün siqaret yüngüllük anlamına gəlir. Tədqiqatçılar bu yüngüllüyü yoqa ilə əvəzləməyin ən yaxşı vasitə olduğunu sübut ediblər. Çünki yoqa ruhu və beyni təmizləyir.
✅ Meyvə-tərəvəz yemək
Aparılan araşdırmalar onu da göstərib ki, daha çox meyvə-tərəvəzlə qidalanmaq sağlamlığı qorumaqla bərabər, siqaretin də tərgidilməsinə köməkçidir.
✅ Nikotin müalicəsi
Xalq arasında əsasən nikotin bantı kimi aparılan bu müalicə orqanizmin nikotinə olan vərdişini aradan qaldırmağa yarayır.
✅ Hipnoz vasitəsiylə tərgitmə
The Fiks jurnalına görə, dəqiq faktlar olmasa da hipnozla siqareti tərgitmə metodu ən azından sınanması lazım olan metodlardan biridir. 

Biz də bu dərddən xilas olmağınız üçün çarələr fikirləşmişik. 100%-li effekt sadəcə sizin iradənizdən asılı olsa da bununla bağlı android tətbiqetmə hazırlamışıq. Əgər siqaret çəkirsinizsə yükləyib siqaretə qarşı mübarizəyə başlaya bilərsiniz,yox əgər istifadə edən deyilsinizsə istifadə edən yaxınlarınıza tövsiyyə edə bilərsiniz.

Yükləmə linki: https://goo.gl/Zs9ssL


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin