Kimya 2017-12-25

Sevginin Kimyası

Sevginin Kimyası

E-mail Üzvlüyü

Sevginin yaranmasına 5 hormon təsir edir: 1) Dopamin; 2)Serotonin; 3)Adrenalin; 4)Endorfin; 5)Oksitosin

DOPAMİN – İnsan ilk sevməyə başladıqda onun orqanizmində dopamin əmələ gəlir. Sevgisinə nail olan insanda dopaminin miqdarı artmağa başlayır. İnsanlarda və heyvanlarda olan bu hormonun hərəkət,yaddaş,diqqət,həzz alma,yuxu,öyrənmə və idrak funksiyaları vardır

Narkotik vasitələrdən və siqaretdən istifadə dopamin miqdarını artırar və eyforiya yaradar. Lakin sonradan alüdəçilik yaradar, orqanizmə ciddi fəsadlar verər. Dopamin azlığında Parkinson xəstəliyinin yaranma ehtimalı artmış olur. C vitaminində və günəş işığının təsiri nəticəsində dopamin miqdarı artır. Hobbiləriniz, sizi xoşbəxt edən hərşey dopamin ifrazını artırır.  Kimyəvi quruluşu C6H3(OH)2-CH2-CH2-NH2) bu şəkildədir.

SEROTONİN – zövq almaq, həzz hormonu hesab edilir. Sevdiyiniz şəxslə tez-tez görüşəndə, təmasda olanda bu hormonun miqdarı artır. Ancaq arzulara çatdıqdan sonra tərəflərdən asılı olmayaraq bu hormonun miqdarı azalmağa başlayır. Sevginin azalması insana əzab verməyə başlayır. Serotonin azalması depresiyaya gətirib çıxarır. Neyromediator serotonin insanın əhvalına, iştahasına və yuxusuna olduqca böyük təsir edir. Orqanizmdə serotoninin səviyyəsi azaldıqda insanda diqqətsizlik, huşsuzluq, əhvalın səbəbsiz pisləşməsi, iştahasızlıq, əsəbilik kimi pozulmalar inkişaf edir. Serotoninin azalması həmçinin depressiya, panika kimi ağır pozulmaların inkişafına səbəb ola bilər. Bədəndə serotoninin ifrazını artırmaq üçün sadə üsullar kömək edə bilər.

Bəzi məhsullar orqanizmdə serotoninin sintezini stimullaşdırır. Bu məhsullar arasında — pendir, şokolad, kakao, hindquşu əti, balıq, banan, xurma, qoz-fındıq. İdmanla məşğul olmaq da serotoninin ifrazını artırır. Lakin bu zaman idman insana zövq verməlidir. Yoqa da serotoninin ifrazını çox yaxşı artırır.  Araşdırmalar göstərir ki, massaj orqanizmdə stress hormonlarının səviyyəsini aşağı salır, serotoninin ifrazını artırır. Serotoninin ifrazını artırmaq üçün belə faydalı qarışıqdan da istifadə etmək olar — hərəsindən 200 qr olmaqla kişmiş, ərik qurusu, qoz, 2 limon (qabıqlı) və 1 stəkan bal götürülür. Bütün inqrediyentlər blenderdə əzilir, bal əlavə olunur, qarışdırılır. Bu qarışıqdan hər gün səhər yeməyindən əvvəl 1 xörək qaşığı olmaqla qəbul edin. B6, B12, B9 vitamin qruplarında serotonin miqdranın artmasını təmin edir.
Avokado testosteron üçün ən əhəmiyyətli şeylərdən biri olan B6 vitamini ilə zəngindir. Yumurtanın tərkibində olan B5 və B6 vitamini hormon səviyyəsini tənzimləyərək, enerji səviyyəsini normallaşdırır. Bu vitaminlər, bədənimizin stresslə mübarizə aparmasını təmin edir.

Banan qanda serotonin istehsalını təmin edir. Həmçinin tərkibində Kaliumun olması əzələ gücünü artırması baxımından orqazm üçün əhəmiyyətlidir.

Qozlu bal ən qüvvətli təbii cinsi dərmanlardan biridir. Bal estrogen və testosteron səviyyəsini artırır. Tərkibindəki Bor libidonun yüksəlməsini təmin edir. Şəkər isə bədənimizdə bizə xoşbəxtlik hissi verən serotoninin istehsalına yardımçı olur. Qozda olan B6 hormon tarazlığını təmin etdiyi kimi, yüksək enerji verməyə də kömək edir.

Adrenalin– böyrəküstü vəzilərin “beyin” qatının hormonu Dərman kimi işlədilən adrenalin heyvanın böyrəküstü vəzi toxumasından və ya sintetik yolla alınır. Adrenalin qan damarlarını daraldır, qan təzyiqini yüksəldir, mərkəzi sinir sistemini bir qədər oyadır, bronxları genəldir, karbohidrat mübadiləsini nizama salır. Ürək fəaliyyəti zəiflədikdə, qan təzyiqi düşdükdə, yerli keyitmədə adrenalinin hidrogen-xlorid duzu məhlulu dəri altına vurulur. Hipertoniya xəstəliyində, aterosklerozda adrenalin vurmaq olmaz. Orqanizmdə bu hormon daimi olaraq müəyyən miqdarda var, lakin stress vəziyyətində beyin böyrəküstü vəzə siqnal göndərir və o, dərhal adrenalinin istehsalına başlayır. Bu hormon yaranmış vəziyyətə dayanmaq üçün orqanizmi hazırlayır və güclə təmin edir. Adrenalin qana düşdükdə, ürəyin tez döyünməsi, gözlərin genişlənməsi, enerji axını və bütün hissiyyat orqanlarının gərginliyi kimi hallar müşahidə olunur. Bundan əlavə, bağırsaq və bronxların əzələlərinin zəifləməsi, skelet əzələsinin, selikli qişa və dərinin damarlarının daralması, toxuma mübadiləsi və yağ parçanlanması çoxalır

ENDORFİN – bu hormon ağrının azalması üçün beyin neyronları tərəfindən çıxarılır. Endorfinin digər adı “Sevinc hormonu” və ya “Həzz hormonu” kimi qəbul edilir. Həyəcan, ağrı, məşq, istiotlu yemək istehlakı, seks və orqazm kimi vəziyyətlərdə daha yüksək şəkildə ifraz olunur. İdmanla məşğul olarkən böyrəküstü vəzilərində adrenalinin ayrılma prosesi baş verir. Bu zaman əzələlərdə ağrılar hiss olunmağa başlayır və nəticədə endorfin ifraz olunur. Endorfin hormonu xoşbəxtlik hisslərinin yaranmasına gətirib çıxarır. Kimyəvi quruluşuna görə narkotik analgetik olan morfiyə daha çox bənzəyən bu maddə insanın rahatlanmasına səbəb olur. Endorfinin təsiri insana hər şeyi unutdurur, insan demək olar ki, heç nə görmür, eşitmir, beynində yalnız sevgisi var. Ətrafdan eşitdiyi heç bir söz ona təsir etmir. Eyforiya vəziyyəti alır.

OKSİTOSİN – Orqanizmin – hipofiz vəzinin hasil etdiyi uyuşdurucu təsirli hormon – neyromediator. Bəzən ona “sevgi hormonu” da deyirlər. Təbiətən bu hormon kişilərlə müqayisədə qadınlarda daha yüksək miqdarda hasil olur. Bunun da əsas səbəbi ana-övlad bağlılığını gücləndirməyə xidmət etdiyindən irəli gəlir. Oksitosin hormonu təmasdan yaranır. Toxunmaq bu hormonun artmasına səbəb olur. Sevgililər çox təmasda olduqda bu hormon da çox ifraz olur ki, bu da insanları bir-birinə daha çox bağlanırlar. Təcrübələr göstərir ki, bir müddətdən sonra, yəni, insan öz sevgisinə qovuşandan sonra bu hormon azala bilir. Xüsusi ilə də evliliyin bir ilindən sonra adətən bu hormon azalır . Bu hormonlarla yanaşı, beyində feniletamin və amfetamin maddələri də sintez olunur və bu maddələrin sintezi bədəndə metabolizmi artırır. Bu səbəbdən sevən insan narahatlıq keçirir, iştahdan kəsilir, yuxusu qaçır. Sevdiyi insanın diqqətsiz davranması ona narahatlıq verir. Bütün diqqəti sevdiyi adamda olur. Bu da həmin hormonların verdiyi fəsadlar hesab olunur.
Sevgi çəkinin də azalmasına səbəb olur. Arıqlama kortizol deyilən hormonun təsirindən baş verir. Bu hormon bədəndəki yağları yandırır ki, bunun da nəticəsində insan arıqlamağa başlayır. Son illər aparılan araşdırmalara görə insanlar qucaqlaşarkən oksitosinin miqdarı artır. Normal münasibət üçün sevgililər ən azı gündə dörd dəfə qucaqlaşmalıdırlar. Həmçinin, insan təmasda olduğu heyvanlarda belə bu hormon ifraz olunur.

Mənbə: Rezonanss.com

 


Digər Məqalələr

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin