Şərabın qida və müalicəvi xüsusiyyətləri

Şərabın qida və müalicəvi xüsusiyyətləri

E-mail Üzvlüyü

İndi üzümlə müalicə geniş yayılmaqla, ampeloterapiya adı ilə tanınır. Üzümün qida və müalicəvi xüsusiyyətləri üzüm şirəsində, şərabda və ondan alınan digər məhsullarda da saxlanır.
Üzüm şərabları qida və müalicə əhəmiyyətindən başqa antiseptik və bakterisid təsirə də malikdir. Qırmızı şərablar ağ şərablara nisbətən daha çox antiseptik xassə daşıyır ki, bu onların tərkibində polifenolların - qırmızı rəngləyici maddələrin və aqlükonların miqdarı ilə əlaqədardır. Hanzenə görə bu maddələr bakteriyalara standart fenol məhlulundan (1:10000) daha öldürücü təsir gücünə malikdir.
Böyük alim və təbib İbn Sina vaxtilə şərabdan müntəzəm istifadə etmiş, «köhnə şərab bədəni qidalandırır» deyə şərab içməyi məsləhət görmüş və hətta bəzi xəstəlikləri şərabla müalicə etmişdir. O, cavanlara nisbətən yaşlıların daha çox şərab qəbul etmək imkanına malik olduğunu və şərabın yaşlılara qüvvət, cavanlara isə zəiflik gətirdiyini xüsusi qeyd etmişdir.
Məşhur Azərbaycan alimi və təbib Kafiəddin Ömər ibn Osman (XI-XII əsrlər) şamaxının Məlhəm kəndində tibb mədrəsəsi və onun nəzdində müalicəxana açmışdı. Burada üzüm və şərabdan, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Məsələn, qulaq ağrısını müalicə etmək üçün şirin nar dənələrini şərabda qaynadır və həvəndəstədə yumşalınca döydükdən sonra alınan məlhəmi qulağa qoyurdular. Böyrək xəstəliyini müalicə etmək üçün isə bişmiş balqabaq, yaxud kökün üzüm şirəsi ilə yeyilməsi məsləhət görülürdü.

Orta əsr mənbələrində göstərilir ki, xəstə insanlar şərabı hər gün lakin çox az miqdarda–bir-iki stəkan, bəzən isə daha az yarım stəkan, hətta bir qaşıq miqdarında içməlidirlər. Hər şey konkret xəstəlikdən və həkimin müəyyən etdiyi müalicə üsulundan asılıdır.
Respublikamızda istehsal olunan yüksək keyfiyyətli desert şərablardan (Azərbaycan, Qara çanax, Mil və s.) indi də xalq arasında qanazlığına və bir sıra digər xəstəliklərə qarşı müvəffiqiyyətli vasitə kimi istifadə edilir.
1990-cı illərdə ABŞ-da fransız paradoksu adlandırılan tədqiqatların nəticəsi xalqa çatdırıldı. Burada aparıcı Amerika telejurnalisti M.Seyferin "Fransızların daha çox siqaret çəkmələrinə, yağlı yeməklər yemələrinə və aerobika ilə pis məşğul olmalarına baxmayaraq, amerikalılara nisbətən 2,5 il çox yaşamaları və 40% ürək-damar xəstəliklərinə az tutulmalarının səbəbi nədir?" sualına Boston universitetinin professoru R.Elliotun cavabı sadə olmuşdu: fransızların uzun ömürlüyünün sirri – yemək zamanı müntəzəm şəkildə qırmızı şərablardan istifadə etmələridir. Məlumdur ki, həmin şərabların tərkibində dəyərli polifenolların yüksək miqdarı qan damarlarını və ürək toxumasını oksidləşdirici proseslərin əks təsirindən qoruyur. Veriliş və sonrakı çoxsaylı nəşrlər fransız paradoksuna və Aralıq dənizi ölkələrinin qidalanmasına (pəhrizinə) canlı marağa səbəb oldu. Aralıq dənizi ölkələrinin qidalanmasında isə ilk növbədə onların həyat tərzi, fiziki fəallığı, təzə meyvə və tərəvəz, paxlalılar, dənlilər, yağlı olmayan süd məhsulları, balıq və yeməklə şərab qəbulu əsas yer tutmuşdur.
Amma fransız paradoksu yalnız qırmızı şərabların istifadəsinin əlverişli təsirinə əsaslanırdı. Sonralar elm sübut etdi ki, belə təsirə eyni zamanda ağ şərablar da malikdir. Lakin bu proses ağ şərabların biznesinə xeyli əks təsirini göstərmiş oldu.

Güclü şərab həvəskarı olan ABŞ-ın böyük dövlət xadimi Benjamin Franklinə (1706-1790) məxsus bir aforizmdə deyilir: «Şərab gündəlik həyatı asanlaşdırır, onu az təhlükəli, az gərgin və dözülən edir».
Fikrimizi belə bir fransız atalar sözü ilə yekunlaşdıraq: «
Şərab sevən qocalar həkim sevənlərdən çoxdur»


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin