Kosmos 2017-11-30

Ross 128b planetində yaşam ehtimalı

Ross 128b planetində yaşam ehtimalı

E-mail Üzvlüyü

Elm adamları son kəşf olan, yer kürəsindən 11 işıq ili uzaqdakı Ross 128b adını verdikləri planetdə həyat ehtimalı ola biləcəyini gündəmə gətirdilər.

Argentinalı elm adamları Günəş sistemi xaricindəki planetdə yaşamın var olub olmaması sualına cavab vermək üçün planetin atmosferinin daha geniş mənada araşdırılmasına gərəkdiyini deyiblər.

Cənubi Avropa Rəssədxanasının alimləri tərəfindən kəşf olunan və Ross 128b deyə adlandırılan planetin mülayim iqlimə sahib olduğu və "Qırmızı cırtdan" deyilən ulduzlardan birinin ətrafında fırlandığı deyilir. Planet Şilidəki La Silla rəssədxanasındakı 3.6 metrlik yüksək həssaslığa sahib teleskopdan(HARPS) istifadə edilərək kəşf olunub. Araşdırma qrupunda olan argentinalı elm adamı Rodrigo Díaz verdiyi müsahibədə Ross 128b-nin daha öncələrini müəyyən edildiyini ancaq dəqiq olaraq təsbit edilmədiyindən daha uzun müddət gözləmlər aparıldığını dedi. Díaz, "Ulduz, Günəşə görə bir az daha kiçikdir. Kəşfimiz isə ulduzun orbitində hərəkət edən, dünyaya göre 1,4 dəfə daha ağır olduğu ehtimal edilən bir cismin varlığıdır. Planetin üzərindəki istilik orda maye halda su olma ehtimalını bizə verir." deyib.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin