Robot it modeli satışa çıxacaq

Robot it modeli satışa çıxacaq

“Sony” şirkəti "yeni robot it" modelini satışa çıxarmağa hazırlaşır.

“Sony” şirkəti 2018-ci ilin yanvarından yeni robot-it modelinin satışına başlayacağını elan edib. Şirkət bu tipdən olan əvvəlki qurğuların xatirəsinə onun adının “aibo” olacağını bildirib.İnternetə qoşulacaq yeni elektron it məişət elektrik cihazlarını idarə etmək qabiliyyətinə malik olacaq. Lakin “aibo”nun əsas funksiyası öz sahibi ilə oynamaqdır. Layihənin yaradıcıları robotun hərəkət və müxtəlif emosiyaları ötürmə imkanlarını xeyli yaxşılaşdırdıqlarını iddia edirlər.

“Aibo” adı – “süni intellekt” və “dost” ifadələrinin birləşməsindən yaranan söz oyunudur. Şirkət robot iti təxminən 1,9 min dollara satmağı planlaşdırır. Əlavə olaraq, “aibo”nun istifadəsi üçün ona üç il xidmət göstərilməsi barədə müqavilə imzalanmalıdır. Bu isə ən ucuz 790 dollardan  daha çox başa gələcək.

Şirkət elektron itin əvvəlki modelinin istehsalını maliyyə çətinliyi ilə üzləşdiyi üçün 2006-cı ildə dayandırmışdı.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə