Nitrat Turşusu

Nitrat Turşusu

Təmiz nitrat turşusu normal temperaturda rəngsiz mayedir. 41 C0-də donur, 86C0-də qaynayır. Sənayedə 2 növ nitrat turşusu buraxılır: tərkibində 50-60% olan duru və 96-98% olan qatı nitrat turşusu. Duru nitrat turşusu tərkibində azot olan mineral gübrələr istehsalı üçün, əsasən də qatılaşdırılmış azotlu gübrələrdən olan ammonium şorası istehsalında istifadə olunur. Qatı nitrat turşusu partlayıcı maddələr, rənglər, plastik kütlələr, nitro boyalar,kinolentləri və digər vacib məhsullar istehsalında istifadə olunur. Nitrat turşusu ammonyakdan alınır.

Nitrat turşusu istehsalında ammonyakın oksidləşməsi prosesi katalizator iştirakı ilə aparılır. Katalizator seçicilik qabiliyyətinə malik olur. Belə ki, bu katalizator ammonyakın oksidləşməsinin digər reaksiyalarına nisbətən, NO alınması reaksiyasını kəskin sürətləndirir. Nitrat turşusu istehsalında əsasən platin katalizatorundan istifadə edilir. İstehsal şəraitində (1 - 2) * 10-4 san ərzində praktiki olaraq ammonyakın tam oksidləşməsi əldə olunur. Ammonyakın katalitik oksidləşməsi sürəti prosesin texnoloji rejimindən və kontakt aparatının quruluşundan asılıdır.

Ammoyakın oksidləşməsi zamanı alınan nitroz qazlarının tərkibində 20%-ə qədər NO, oksigen, azot və su buxarı olur. Nitrat turşusu almaq üçün azot 2-oksidi azot 4-oksidə qədər oksidləşdirmək lazımdır.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə