Kimya 2018-04-01

Neft-kimya xammallarının əsas növləri

Neft-kimya xammallarının əsas növləri

E-mail Üzvlüyü

Neft – kimya sənayesi geniş xammal bazasına malikdir. Bunlara təbii və yolüstü qazlar, neft emalı və stabilləşdirmə qazları, yüngül və ağır neft distillatları və neft daxildir. Təbii və yolüstü qazlardan, neft emalı qazlarından, neft distillatlarından, neft məhsullarının kükürdsüzləşdirilməsi qazlarından, maye və bərk parafinlərdən və digər üzvi yarımməhsullardan, plastmas məmulatları və sintetik qətranlar, sintetik kauçuklar və sintetik liflər üçün xammallar, yuyucu maddələr və yağ əvəzləyiciləri alınır.

Təbii qaz – ammonyak, sidik cöhəri və digər azotlu gübrələrin, metil spirtinin və formalinin, asetilenin, xlormetanların və qrum qazlarının alınmasında istifadə olunur. Ammonyak, formalin əsasında karbamid qətranları, asetilen əsasında isə polixlorvinil qətranları, akrilonitril, sintetik kauçuk və sintetik liflər alınır.

Təbii qazlardan asetilen vasitəsilə asetaldehid, sirkə turşusu, sirkə anhidridi, vinilasetat və onlar əsasında polimer məhsulları alınır.

Təbii qaz – tərkibində 90-98% metan olan qazdır. Onun tərkibində daha ağır komponentlər çox məhduddur. Təbii qazın istiliktörətmə qabiliyyəti 1 m3 -ə görə 8600 kkal təşkil edir.

Yolüstü qazlar – təbii qazdan tərkibində metanla yanaşı etan, propan, butanlar, pentanlar və heksanların olması ilə fərqlənir. Yolüstü qazlardan etilen, propilen, butilenlər, divinil, izopren və benzol alınır. Yolüstü qazların komponentləri spirtlərin, etilen və propilen oksidlərinin, etilenqlikolların,etanolaminlərin, qliserinin və digər məhsulların istehsalında başlıca xammal mənbəyi hesab olunur.

Yolüstü qazların komponentlərindən olan propan, normal butan əsas piroliz xammalı hesab olunur ki, bunun da əsasında etilen və propilen alınır. Bundan başqa butan və izopentan divinil və izoprenin alınması üçün əsas xammal mənbəyi hesab olunur. Yolüstü qazlar – neft mədənlərində 6-10% həcmdə, və ya bir ton neftə görə 60-100 m3 alınır. Bir ton neftin istismarı zamanı ayrılan qazın miqdarı qaz faktoru adlanır və neftli layların dərinliyindən, neftin və yolüstü qazların xassəsindən, yataqların qazsızlaşdırılma dərəcəsindən və s. asılı olur.

Qaz benzin zavodlarında yolüstü qazlar qurudulur, bərk asılı hissəciklərdən, kükürddən və CO2–dən azad olduqdan sonra quru qaza (əsasən metandan ibarət olan) və əsasən etan, propan, butan, pentan və daha ağır karbohidrogenlərdən ibarət olan qeyristabil benzin fraksiyasına ayrılır.

Neftin stabilləşmə qazları yolüstü qazlardan onunla fərqlənir ki, onların tərkibi əsasən propan, butan, pentan və izopentandan ibarət olur. Bunlar da sintetik kauçuk monomerləri olan divinil və izoprenin alınması üçün ən qatı xammal mənbəyi hesab olunur. Neft-kimya sənayesi üçün əsas karbohidrogenlər xammalı mənbəyi neft emalı zavodlarıdır. Neft-emalı zavodları metan-hidrogen fraksiyasını verir ki, bundan da neft-kimya zavodlarında amonyak, metil spirti, asetilen alınır. Neft-emalı zavodlarının verdiyi metan-etan fraksiyasından etilen, propan-butan-pentanlar fraksiyasından divinil, dar benzin fraksiyasından benzol, toluol və ksilollar, parafinlərdən zülallar, yağ turşuları və spirtlər, H2S-dən isə sulfat turşusu və kükürd alınır. Neftin emalı zavodlarında karbohidrogen qazları birbaşa qovma, termiki və katalitik krekinq, kokslaşma, katalitik riforminq və hidrotəmizləmə proseslərində alına bilər.

Katalitik riforminqin yüngül qazları CH4-H2 fraksiyasından ibarətdir. Bu fraksiya NH3, CH3OH və kaprolaktam alınmasına gedir. Katalitik və termiki krekinq və həmçinin də kokslaşma prosesi ən çox çıxımla karbohidrogenlər almağa imkan verir. Katalitik krekinq zamanı qazların çıxımı 15%, termiki krekinq zamanı qazların çıxımı 7,7%, kokslaşma qazlarının miqdarı prosesə verilən xammala görə 10% olur.

Neft emalı zavodlarında qazlar əsas ən 3 fraksiyaya ayrılırlar:

1) Quru qaz fraksiyası əsasən tərkibində xeyli miqdar etan və etilen olan CH4-H2 fraksiyası;

2) Propan - propilen fraksiyası;

3) Butan - butilen fraksiyası.

İndividual olaraq karbohidrogenlər (C3H8 və qatı C4H8 ) polimerləşmə və alkilləşmə proseslərinin tullantıları kimi də alınırlar. Hidrotəmizlənmə qazları əsasən H2S-dən ibarətdir ki, o da kükürd və sulfat turşusunun alınmasına gedir.

Bütün proseslərdən alınan qazlar ayrılmaya verilir. Burada bir axında katalitik və termiki krekinq, kokslaşma proseslərinin tərkibində doymamış karbohidrogenlər olan yüngül uçucu məhsulları, digər axında birbaşa qovma və platforminq proseslərindən alınan tərkibində əsasən parafin karbohidrogenləri olan məhsullar ayrılır.


Digər Məqalələr

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin