Müasir dünyamızda İntibah Dövrünün İnsanı ola bilmək üçün 5 əsas addım

Müasir dünyamızda İntibah Dövrünün İnsanı ola bilmək üçün 5 əsas addım

Müasir dünyamızda "İntibah Dövrünün İnsanı" ola bilmək üçün 5 əsas addım hansılardır?

İntibah dövrü dedikdə bir çoxumuzun ağlına o dövrdə yaşamış dahilər gəlir. Sizcə bu dövrdəki bizlər, bir İntibah insanı olmağımız üçün nələr etməliyik? Təbii ki bu işin resepti ola bilməz. Lakin tarixdə yaşamış dahilərin həyatına baxıb təkrar etdikləri vərdişlərini təsbit etmək çox da çətin deyil.

 

1. Hər zaman dəyişik sahələrə qarşı maraqlı olun.

Elmi araşdırmalara əsasən, xarici dil öyrənmək kimi, müxtəlif sahələrdə ixtisaslaşmaq, beynimizin potensialını artırır.

 

2. Öyrənmək istədiyiniz şeyi tətbiq edərək öyrənməyə çalışın.

Öyrənmə üslubunuzdakı klassik metodlardan çıxmaqdan çəkinməyin. Hər zaman yeni bir şey sınaqdan keçirin. Öyrəndiklərinizi öyrətməyə çalışın. Bu metod sizə həmin sahədə yeni üfüqlər açacaq.

 

3. Professional dedektiflər kimi böyük maraqla kiçik qeydlərinizi bir kənara qeyd edin.

Bunun üçün telefon nömrələri, ünvanlar və ya mühazirə məzmunu kimi dəqiq məlumatları qeyd etmək gərəkli deyil. Bunların əksinə mobil telefonunuzla çəkilmiş bir foto, video və ya .amr formatda yazılmış səs bəs edir ki, görməli olduğunuz işlə bağlı detalları sonradan xatırlaya biləsiniz.

 

4. Televiziya kimi vaxtınızı sərf edən mənasız şeylərdən qurtulun.

 

5. Əlinizə keçən hər bir məlumata şübhə ilə yaxınlaşın.

Bu vərdiş sizin araşdırmağınıza və araşdırdıqca yeni şeylər kəşf etməyinizə səbəb olacaq. Və heç vaxt buna vaxt itkisi kimi yanaşmayın.

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə