Fizika 2018-03-09

Kvant Elektronikası

Kvant Elektronikası

E-mail Üzvlüyü

Kvant elektronikası müasir fizikanın ən sürətlə inkişaf edən sahələrindən biridir. Bu elm sahəsi radiofizika, kvant mexanikası, statistik fizika, optika və spektroskopiya əsasında yaranmışdır. Kvant elektronikasının əsasını kvant sistemlərinin (atom, molekul və s.) məcburi şüalanması ideyası təşkil edir.

Məcburi şüalanma prosesindən istifadə edilməsi bütün kvant cihazları üçün ümumi xüsusiyyətdir. Bu prosesin mahiyyəti ondan ibarətdir ki, xarici elektromaqnit sahəsi maddə ilə qarşılıqlı təsirdə olur və kvant keçidi zamanı yaranan məcburi şüalanma elektromaqnit sahəsinin enerjisini artırır, başqa sözlə desək elektromaqnit rəqslərini gücləndirir.

Məcburi şüalanma ideyası ilk dəfə 1917-ci ildə A. Eynşteyn tərəfindən irəli sürülmüşdür. Bu ideya öz əməli tətbiqini xeyli gec tapmışdır. İlk mazer 1954 -cü ildə SSRİ EAnın P.A. Lebedev adına Fizika İnstitutunda N.Q. Basov və A.M. Proxorovun və eyni zamanda Kolumbiya universitetində C.Taunsun rəhbərliyi altında yaranmışdır. Beləliklə, ilk dəfə molekulyar hidrogen generatorunda məcburi şüalanma alınmışdır. 1956-cı ildə N. Blombergen tərəfindən santimetrlik və desimetrlik diapazonda işləyən kvant gücləndiriciləri təklif edilmişdir. Onlar kvant paramaqnit gücləndiriciləri adını daşıyırlar. 1964-cü ildə kvant elektronikasının əsasını qoyan bu alimlərin işləri Nobel mükafatına layiq görülmüşdür.

Mazer və lazer sözləri çox yaxın mənalı olub, birincisi mikrodalğaların, ikincisi isə işığın məcburi şüalanma yolu ilə gücləndirilməsi mənalarını verir. Lazer sözü beş ingilis sözlə- rindən (light amplification by stimulated emission of radiation) hərəsindən bir baş hərf götürməklə alınır. Mazer sözü lazerdən ancaq birinci hərfə görə fərqlənir. Bu mikrodalğa sözünün baş hərfidir. Mazer sözü radiodiapazonun, lazer sözü isə optik diapazonun kvant gücləndirici və kvant generatorlarını təmsil edir.

Sonra kvant elektronikası spektin optik diapazonuna tərəf hərəkət etməyə başladı. 1960-cı ildə T. Meyman (ABŞ) yaqut kristalı əsasında ilk lazeri yaratmışdır. 1960-cı ilin axırında Ə.Cavan, V.Bennet və D.Erriot (ABŞ) ilk qaz lazerini təklif etmışlər. Nəhayət, 1962-ci ildə SSRİ-də və eyni zamanda ABŞ- da yarımkeçirici lazerlər kəşf olunmuşdur.

Müasir kvant elektronikası geniş sahəni əhatə edir. İfrat yüksək tezlikli diapazonda yaranmasına baxmayaraq o, optikanı zənginləşdirmişdir. Optikada adi elektronikadan fərqli olaraq bütün işıq mənbələri öz təbiətlərinə görə kvant xarakterlidirlər. Lazerlərin meydana çıxması optikaya şüalanma enerjisinin fəza, zaman və spektral intervalda konsentrasiyalaşdırılmasına imkan verdi. Bu optikanı keyfiyyətcə yeni səviyyəyə qaldırdı və qeyri –optik sahəyə tətbiq dairəsini genişləndirdi. Bütün bunlar optikada kvant elektronikasının əsasını təşkil edən məcburi şüalanma effektindən istifadə olunması nəticəsində mümkün oldu.

Fəal mühitləri və inversiyanın həyata keçirilməsi üsulları lazer növlərinin böyük miqdarını təyin edir. Amma mühitdə olan məcburi şüalanmadan istifadə olunması onların hamısı üçün ümumi əlamətdir. İndi lazerlərin işləmə diapazonu infraqırmızıdan rentgen şüalanmasına qədər genişdir.

Məsləhət olunan kitab: Kvant Elektronikasının əsasları (Bakı 1991)


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin