Kimya 2018-03-11

Kimya sənayesinin xammal mənbələri

Kimya sənayesinin xammal mənbələri

E-mail Üzvlüyü

Kimya məhsulları istehsalında xammal kimi təbii materiallar, yarımməhsullar (yarımfabrikatlar) və istehsalat tullantılarından istifadə edilir. Təbii materiallar sənayedə və məişətdə istifadə olunan minerallar, külçələr və dağ süxurlarından ibarətdir. Müxtəlif tərkibli bu cür faydalı qazıntılar sənayenin əsasını təşkil etməklə, ölkənin iqtisadiyyatında böyük əhəmiyyətə malikdir.

Yarımməhsullar müxtəlif istehsal sahələrinin xammalı hesab edilir və yeni istehsal emalına məruz qalırlar. İstehsal prosesi zamanı qalıq məhsullar alınır. Qalığın tərkibində olan faydalı maddələr təkrar istifadə olunmaq üçün bəzən yenidən istehsalata, yaxud prosesə qaytarılır. Belə hallarda qalıq dövr edən məhsul adlanır. Əgər qalıqdan başqa bir məqsəd üçün istifadə edilərsə belə qalığa əlavə məhsul, tamamilə istifadə olunmazsa ona tullantı deyilir.

Tullantılar istehsalatda tətbiq və istifadə olunmayan, lakin başqa müəssisələrdə xammal kimi istifadə olunan əlavə məhsullara deyilir. Kimya sənayesində istifadə olunan xammal müxtəlif əlamətlərinə görə bir neçə qrupa bölünür:

1. Mənşəyinə görə: mineral xammal, bitki mənşəli xammal, heyvani xammal.

2. Aqreqat halına görə: bərk, maye və qaz halında olan xammallar.

3. Tərkibinə görə: qeyri-üzvi xammal, üzvi xammal.

Mineral xammal yerin dərin qatlarından çıxarılan faydalı qazıntılardır. Bunlar 3 qrupa bölünür: a) filizlər, b) qeyrifilizlər, v) yana bilən xammal.

Filizlər dağ süxurlarıdır. Onlardan əksər hallarda metallar alınır. Bu məqsədlə dağ süxurlarından külçələr ayrılır. Bu külçələr qara metallar: Cu, Ni, Pb, Zn, AI, Mg, Ca, Co; nadir metallar: Sn, V, W, Bi, As, Hg, Mo, və s.; qiymətli metallar: Au, Ag, Pt, İr, Os, Pd; radioaktiv metallar: U, Ra, Th almaq üçün əsas xammal mənbəyini təşkil edir.

Bəzi filiz emalı zamanı metallarla yanaşı bir sıra kimyəvi məhsullar da alınır. Məsələn, Cu, Zn v ə Ni alınan zaman eyni vaxtda sulfat turşusu da istehsal olunur.

Qeyri – filiz xammalı metalların alınması üçün yaramır. Odur ki, belə filizlərdən kimyəvi, inşaat və başqa qeyri–metallik materiallar alınır. Belə filizlərə kükürd, fosfor (fosfatlar), apatitlər, təbii kalium duzları, xörək duzu, qum, gil ilə zəngin süxurlar aid edilir. Bunlar təbiətdə külli miqdarda tapılan müxtəlif xammal olduqlarına görə sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində geniş istifadə edilir. NaCl, FeS2, BaSO4, kalium duzları, talk(Mg3Si4O10(OH)2), kaolin (Al2O3*2SiO2*2H2O), təbaşir, qrafit, rəngli gillər, almaz, korund ( α-Al2O3), kvars qumu və bunlara oxşar materiallar, asbest, slyuda, diatomit kimi təbii xammallar xalq təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq olunur.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin