Bal arılarının saymaq qabiliyyəti

Bal arılarının saymaq qabiliyyəti

Bal arıları haqda nə bilirik? bax: Bal arıları haqqında 8 məlumat ]

Biz bilirik ki, arılar saniyədə 200 dəfə qanad çırpa və saatda 24 km sürətlə uça bilmə qabiliyyətlərinə malikdirlər. Bundan başqa, bal arıları əvvəl gördükləri insanların simasını yenidən gördükləri zaman tanıya bilirlər. Bir kommunikasiya üsulu kimi rəqs etdiklərindən və eynilə insanlar kimi işləri düz gətirməyən zaman stresə düşdüklərindən də xəbərimiz var. Bunlar həqiqətən də maraqlı məlumatlardır. Amma 4-ə qədər saya bilməkləri daha maraqlıdır.

Araşdırmalardan birində tunelin içinə 5 nişan yerləşdirildi və bu nişanlardan birinə nektar qoyuldu. Tunelə buraxılan bal arıları dərhal nektarın olduğu nişana doğu uçdular. Daha sonra, nektar başqa bir nişana əlavə olundu və arılar əvvəlcə birinci nişanı yoxladıqdan sonra nektarın olduğu ikinci işarəyə qondular. Bu formada üçüncü və dördüncü mərhələlərə keçirilən arılar dörd nişana ardıcıl qonsalar da beşinci nişana doğru getmədilər.

Araşdırmanı aparan Avstraliyalı elm adamı Mandyam Srinivasan bir küncüd dənəsi ölçülərində beyinə sahib olan bal arılarının bunu edə bilməsindən heyrətləndiyini deyir.

Mənbə: 

https://elmazerbaycan.com/tesaduf-yoxsa-bal-arilarinin-4-e-qeder-saya-bilmek-qabiliyyeti.html

https://www.thenakedscientists.com/articles/science-news/bees-can-count-4

Sponsor reklamı

Dil öyrən
Android tətbiq

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən daha tez məlumat ala bilərsiniz.

Yüklə