Tibb 2017-12-10

Ağrıkəsicilərin təsir mexanizmi

Ağrıkəsicilərin təsir mexanizmi

E-mail Üzvlüyü

Ağrı gündəlik həyatda rast gəlinən ciddi problemlərdən biridir. Bu problemin həlli xüsusi, ağrıkəsicilər adlanan, dərman preparatları vasitəsi ilə olunur. Həmin preparatlara analgetiklər deyilir.

Analgetiklər orqanizmin müəyyən toxumalarına seçici təsir göstərir. Təsir mexanizminə görə analgetiklər, bir qayda olaraq, nəinki ağrıkəsici kimi təsir göstərir, həm də hərarəti azaldan vasitələr kimi də istifadə olunurlar. Lakin bu tip dərman preparatları ağrı sindromunun yaranma səbəbini aradan qaldırmır, sadəcə xəstənin vəziyyətini yüngülləşdirir. 

Bu qrup preparatları təsir mexanizminə görə iki yerə bölmək olar. Baş beyinə təsir göstərən analgetiklər və zədələnmiş ocağa bilavasitə təsir göstərən analgetiklər. Başqa cür desək, narkotik və qeyri-narkotik analgetiklər. Ən güclü analgetiklər baş beyinin opioid reseptorlarına təsir göstərən və bununla ağrı impuslarının mərkəzi sinir sisteminə ötürülməsinin qarşısını alan ağrıkəsicilər hesab edilir. Bu maddələr narkotik dərmanlara aiddir. Bu qrupun maddələri mərkəzi sinir sisteminə seçici təsir göstərərək onun bəzi mərkəzlərini sıxır və narkoz halını törətmir. Onları yalnız həkimin təyinatı üzrə qəbul etmək olar. Çox vaxt bu kateqoriyaya aid olan analgetiklərə qarşı vərdiş yaranır. Narkotik tərkibli analgetiklərin təsir mexanizmi çox sadədir – onlar sadəcə qan vasitəsi ilə beyinə daxil olur və ağrı hissini yatızdırır.

Geniş yayılmış ağrıkəsicilərə isə başqa tərkibli preparatlar aiddir. Bunlar sintetik dərman maddələridir. Onlar ağrıkəsici, iltihaba qarşı, qızdırma endirici və revmatizmə qarşı təsir göstərir. İnsanlar arasında bu preparatlar “baş ağrı dərmanı” kimi də  tanınır. Bu dərmanları xəstələr reseptsiz də əldə etmək imkanındadırlar. Onlar bilavasitə ağrı hissinin ocağına təsir göstərirlər. Beləliklə, preparatlar ağrının yerindəcə aradan qaldırılmasında köməklik edir. Bundan başqa, bu dərmanlar heç bir asılılıq yaratmır. Qeyri-narkotik analgetiklər əsasən nevralgiya xarakterli ağrılar zamanı (əzələ, oynaq, diş və baş ağrıları və s.) tətbiq olunur.


Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin