Polietilen çox müxtəlif məhsullarda istifadə edilən termoplastik maddədir. Polietilen istehsalı etilenin polimerləşməsi ilə olur və monomer haldakı etilendən alınır. Polietilen yumşaq və elastik, eləcə də sərt və ağır məhsul kimi istehsal edilə bilər. Xarici mühit şərtlərinə və nəmə qarşı davamlılıq, rahatlıq, zərbəyə və şaxtaya dözümlülük, dielektrik xüsusiyyətli olması ilə fərqlənir. Əsasən gündəlik tələbat məhsullarında, qablaşdırmada, borularda, oyuncaqlarda istifadə olunur.
Neft – kimya sənayesi geniş xammal bazasına malikdir. Bunlara təbii və yolüstü qazlar, neft emalı və stabilləşdirmə qazları, yüngül və ağır neft distillatları və neft daxildir. Təbii və yolüstü qazlardan, neft emalı qazlarından, neft distillatlarından, neft məhsullarının kükürdsüzləşdirilməsi qazlarından, maye və bərk parafinlərdən və digər üzvi yarımməhsullardan, plastmas məmulatları və sintetik qətranlar, sintetik kauçuklar və sintetik liflər üçün xammallar, yuyucu maddələr və yağ əvəzləyiciləri alınır.
Günəş regenerativ enerji mənbəyi olaraq, bundan əvvəlki bölmələrdə qeyd edildiyi kimi, Yer kürəsinə çoх böyük miqdarda enerji verir.  Günəş sarı cırtdan dG spektral tipli ulduzlar sinfinə aiddir. Bu ulduzlar çoх qədim tariхə malik (8 milyard il bundan əvvəl) dumanlıqlardan əmələ gəlmişlər. Günəş tipli ulduzların təkamül prosesi üçün aşağıdakılar хarakterikdir.
Spirtsiz içkilərin xarakter xüsusiyyəti tərkibində suyun çоx (88-92%) оlmasıdır. Spirtsiz içkilər ilin isti vaxtlarında susuzluğun yatırılmasında və оrqanizmdə su balansının tənzim оlunmasında böyük fiziоlоji əhəmiyyətə malikdir. Spirtsiz içkilər qrupuna daxil оlan meyvə-giləmeyvə şirələri kimyəvi tərkibcə daha zəngindir. Bunların tərkibində meyvədə оlan şəkərlər, üzvi turşular, zülallar və s. maddələr оlur. Başqa spirtsiz içkil
Zəfəran süsən fəsiləsindən olub, Krokus cinsinə mənsubdur. Yer kürəsində zəfəran bitkisinin müxtəlif növləri yayılmışdır. Lakin bu növlərin hamısı yabanı halda bitir. Bunlardan yalnız bir növ (Crocus sativus L.) mədəni halda becərilərək zəfəran məhsulu verir. Zəfəran bitkisinin vətəni Kiçik Asiyadır. Ölkəmizdə zəfəranın becərildiyi yeganə təsərrüfat Abşeron yarımadasındakı Bilgəh zəfəran sovxozudur. Zəfəran tellərinin tərkibində 9,17% su, 0

Süd

 Əlibaba Əliyev 2018-03-19
Süd təbiətin insanlara bəxş etdiyi müstəsna qida maddəsidir. İnsanlar hələ qədimdən müxtəlif heyvanların (inək, qoyun, keçi, camış, zebu, at, dəvə, maral və s.) südündən istifadə edib, müxtəlif tərkibə və xassələrə malik süd məhsulları hazırlamışlar. Südün tərkibindəki yağın, zülalların, süd şəkərinin оptimal nisbəti və bunların оrqanizm tərəfindən yaxşı mənimsənilməsi оnu uşaqlar üçün əvəzsiz qidadır. Ən çox istifadə olunan inək südünün tərkibində orta hesabla 87,6% su, 4,8% süd şəkəri, 3,7% yağ, 3,0% zülal, 0,9% isə mineral maddə, vitaminlər, fermentlər, karbon qazı, azotlu və bir sıra bioloj
Hüceyrə nəzəriyyəsinin yaranması biologiya elminin ən vacib kəşflərindən biri olaraq həmin dövrdə canlı materiya haqqında mövcud olan idealist fikirləri alt-üst etmiş və sitologiya, histologiya və embriologiyanın əsasını təşkil edərək, bu elmlərin inkişafına güclü təkan vermişdir. 1838-ci ildə A.Şleyden sitoqenez adlandırılan nəzəriyyə yaradır və ilk dəfə hüceyrənin bölünməsini, hüceyrənin daxili tərkibi ilə, əsasən onun nü
Ağır radioaktiv elementlərin nüvəsinin kütləsi onun tərkibindəki nuklonların kütləsindən artıqdır. Ağır elementlərin radioaktivliyinin səbəbi məhz elə budur, çünki Eynyşteynin formulundan məlumdur ki, kütlə və enerji ekvivalentdir. Radioaktiv nüvələrin izafi enerjisi ağır nüvələrin parçalanmasına səbəb olur. Yüngül elementlər üçün nuklonların cəmi kütləsi onların nüvəsinin kütləsindən artıq olur. Ona görə də yüngül elementlərin sintezi – istiliknüvə sintezi nüvədən enerji ayrılmasına səbəb olur. Baş verən pa
Sitologiya (yunanca sitos-hüceyrə, loqos-elm) hüceyrə haqqında elm olub, hüceyrələrin quruluşunu, onların funksiyalarını, özünütörətmə, regenerasiyasını, mühitə uyğunlaşmasını və s. xassələrini öyrənir. Sitologiya həmçinin ixtisaslaşmış hüceyrələrin xüsusiyyətlərini, onların xüsusi vəzifələrinin formalaşmasını və spesifik quruluş vahidlərinin inkişafını öyrənir. Son 50 il ərzində sitologiya təsviri morfoloji
Statistik məlumatlara görə respublikamızda ildə adambaşına 71 kq meyvə və tərəvəz istehlak edilir. Dünyanın əksər inkişaf etmiş ölkələrində bu göstərici 190 kq-a çatır. Ekspertlər bunu həmin ölkələrdə kifayət qədər saxlayıcıların olması və əhalinin ilboyu bərabər səviyyədə təmin edilə bilməsi ilə izah edirlər. Bitkiçilik məhsullarının bir çoxunun yetişmə mövsümü eyni vaxta təsadüf etdiyindən bazarlarda həmin məhsullar ü

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Reklam

Bizi İzləyin