Hüceyrənin kimyəvi tərkibi içərisində birinci dərəcəli bioloji əhəmiyyət kəsb edən maddə nuklein turşularıdır. İlk dəfə nuklein turşuları 1869-cu ildə Mişer tərəfindən kəşf edilmişdir. Lakin o vaxt Mişerə məlum olan təkcə o idi ki, bu maddə turşu xüsusiyyətinə malikdir. Belə ki, o qələvi rəngləyicilərlə rənglənir. Bu turşunu Mişer nüvədə kəşf etdiyindən (nukleus – latınca nüvə deməkdir) ona nuklein turşusu adı verdi. Hazırda 2 cür nuklein turşu
Xromosomlar hər bir hüceyrənin fərdi inkişafının müəyyən dövründə xromatin maddəsindən formalaşır. İşıq mikroskopları ilə xromosomlar interfaz nüvədə müşahidə edilmir. Onlar mitoz və meyozun metafaza mərhələsində çox yaxşı görünür. Odur ki, onların morfologiyasını,ölçüsünü, sayını öyrənmək üçün metafaza ən əlverişli dövr sayılır. Lakin bəzi hüceyrələrdə məs, iki qanadlıların tüpürcək vəzi hüceyrələrində olan nəhəng xromosomları interfaza dövründə də öyrənmək mümkünd&u
Qida məhsullarının mexaniki emalında istifadə olunan texnoloji maşınları öyrənmək üçün ilk növbədə onların quruluşunu və hissələrinin funksional təyinatlarını bilmək lazımdır. Müasir texnoloji maşınlar bütöv bir gövdədə və çatıda quraşdırılmış hərəkət mənbəyindən, ötürücü və icraedici mexanizimlətrdən, həmçinin tənzimləmə, idarəetmə, mühafizə qurğularından ibarətdir. Hərəkət mənbəyi texnoloji maşınl
Yer kürəsi tarixində törəmiş canlı aləmin mühüm hissəsini bitkilər təşkil edir. Onlar vaxt keçdikcə və məkan dəyişdikcə müxtəlif coğrafi ərazilərdə dəyişgənliyə uğramış, müxtəlif quruluş qazanmış, bir çox bitki formalarına başlanğıc vermişdir. Bitki aləminin törəməkdə olan müxtəlif quruluşlu nümayəndələri yer kürəsinin yeni-yeni güşələrini tutaraq ən müxtəlif ərazilərdə yayılmışlar. Beləliklə, yer kürəsinin tarixi boyu həyat şəraiti dəyişdikcə müxtəlif quruluşlu bitkilərdə mühitə uyğunlaşaraq dəyişmiş və təkmillə
Yeyinti məqsədləri üçün işlədilən limоn turşusu (C6H8О7  * H2О) rəngsiz və ya açıq sarımtıl kristallardan ibarətdir. Limоn turşusunu şəkər məhsulunun Asperigliesniger göbələyinin iştirakı ilə qıcqırdılmasından alırlar. Limоn turşusu bitki aləmində də rast gəlir. Quş üzümündə 1,3%, sklet tütünlərdə (max оrkada) 7-8%, yabanı narda 9%, limоnda isə 10%- ə qədər limоn turşusu vardır. Az miqdarda qarağatda, mоruqda, meşə çiyələyində, mərsində, böyürtkəndə оlur.
Polietilen çox müxtəlif məhsullarda istifadə edilən termoplastik maddədir. Polietilen istehsalı etilenin polimerləşməsi ilə olur və monomer haldakı etilendən alınır. Polietilen yumşaq və elastik, eləcə də sərt və ağır məhsul kimi istehsal edilə bilər. Xarici mühit şərtlərinə və nəmə qarşı davamlılıq, rahatlıq, zərbəyə və şaxtaya dözümlülük, dielektrik xüsusiyyətli olması ilə fərqlənir. Əsasən gündəlik tələbat məhsullarında, qablaşdırmada, borularda, oyuncaqlarda istifadə olunur.
Neft – kimya sənayesi geniş xammal bazasına malikdir. Bunlara təbii və yolüstü qazlar, neft emalı və stabilləşdirmə qazları, yüngül və ağır neft distillatları və neft daxildir. Təbii və yolüstü qazlardan, neft emalı qazlarından, neft distillatlarından, neft məhsullarının kükürdsüzləşdirilməsi qazlarından, maye və bərk parafinlərdən və digər üzvi yarımməhsullardan, plastmas məmulatları və sintetik qətranlar, sintetik kauçuklar və sintetik liflər üçün xammallar, yuyucu maddələr və yağ əvəzləyiciləri alınır.
Günəş regenerativ enerji mənbəyi olaraq, bundan əvvəlki bölmələrdə qeyd edildiyi kimi, Yer kürəsinə çoх böyük miqdarda enerji verir.  Günəş sarı cırtdan dG spektral tipli ulduzlar sinfinə aiddir. Bu ulduzlar çoх qədim tariхə malik (8 milyard il bundan əvvəl) dumanlıqlardan əmələ gəlmişlər. Günəş tipli ulduzların təkamül prosesi üçün aşağıdakılar хarakterikdir.
Spirtsiz içkilərin xarakter xüsusiyyəti tərkibində suyun çоx (88-92%) оlmasıdır. Spirtsiz içkilər ilin isti vaxtlarında susuzluğun yatırılmasında və оrqanizmdə su balansının tənzim оlunmasında böyük fiziоlоji əhəmiyyətə malikdir. Spirtsiz içkilər qrupuna daxil оlan meyvə-giləmeyvə şirələri kimyəvi tərkibcə daha zəngindir. Bunların tərkibində meyvədə оlan şəkərlər, üzvi turşular, zülallar və s. maddələr оlur. Başqa spirtsiz içkil
Zəfəran süsən fəsiləsindən olub, Krokus cinsinə mənsubdur. Yer kürəsində zəfəran bitkisinin müxtəlif növləri yayılmışdır. Lakin bu növlərin hamısı yabanı halda bitir. Bunlardan yalnız bir növ (Crocus sativus L.) mədəni halda becərilərək zəfəran məhsulu verir. Zəfəran bitkisinin vətəni Kiçik Asiyadır. Ölkəmizdə zəfəranın becərildiyi yeganə təsərrüfat Abşeron yarımadasındakı Bilgəh zəfəran sovxozudur. Zəfəran tellərinin tərkibində 9,17% su, 0

Android Proqramı Yüklə

Android proqramı yükləyərək elmi-texnoloji yeniliklərdən məlumat ala, kitabxanadan istifadə edə, video dərsliklərdən yararlana bilərsiniz.

Yüklə

Ən Çox Oxunanlar

1

Bal arıları haqqında 8 məlumat

Müəllif: Əlibaba Əliyev
3

Surroqat toyuqlar yaradılıb

Müəllif: Əlibaba Əliyev
4

Kufus Politalamiya

Müəllif: Əlibaba Əliyev

E-mail Üzvlüyü

E-mail vasitəsilə məlumatlanmaq istəyirsinizsə abunə olmağı unutmayın.

Bizi İzləyin